F.Alonso cəzalandırılıb

Yaponiya Qran Prisinin stüardları yarışın gedişində ikiqat dünya çempionu Fernando Alonsonun iştirak etdiyi insidenti də araşdırıblar.

F-1.az xatırladır ki, yarışın sonunda McLaren komandasının sürücüsü mavi bayraqlara məhəl qoymadan onu bir dövrə qabaqlayacaq Maks Ferstappeni irəli buraxmamışdı.

Alonso bu hərəkətini Felipe Massa ilə onunculuq uğrunda mübarizə aparması ilə izah etsə də, stüardlar onu günahkar biliblər və rəsmi xəbərdarlıqla kifayətlənməyərək, superlisenziyasına 2 cərimə balı da yazıblar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*