Rusiya-2017: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xəbər verir ki, ötən həftəsonu Soçidə keçirilən yarışda Kevin Maqnussen və Stoffel Vandorn 1 cərimə balı alıblar. Yeri gəlmişkən, Maqnussenin keçən il İspaniyada aldığı 2 balının müddəti tezliklə bitəcək. Mayın 14-də Kataloniyada baş tutacaq yarışa qədər isə keçən il Rusiya Qran Prisində cəzalandırılan Daniil Kvyatın 3, Esteban Qutyerres və Karlos Saynsın 2 balı silinəcək. Beləliklə, Kvyatın bu reytinqdəki “liderliyi” başa çatacaq, ən çox cərimə balı alan sürücü Colion Palmer olacaq (bu dəyişikliklər hamısı indidən aşağıdakı cədvəldə nəzərə alınıb)…

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə
1 30 Colion Palmer 7 2 (Avstriya, 2016) 2 (Əbu Dabi, 2016) 3 (Çin, 2017)
2 5 Sebastyan Fettel 6 2 (Britaniya, 2016) 2 (Malayziya, 2016) 2 (Meksika, 2016)
3 6 Niko Rosberq 6 2 (Avstriya, 2016) 2 (Almaniya, 2016) 2 (Malayziya, 2016)
4 55 Karlos Sayns 5 2 (Almaniya, 2016) 1 (Meksika, 2016) 2 (Bəhreyn, 2017)
5 21 Esteban Qutyerres 5 2 (Macarıstan, 2016) 3 (Belçika, 2016)
6 26 Daniil Kvyat 5 2 (Monako, 2016) 2 (ABŞ, 2016) 1 (Meksika, 2016)
7 20 Kevin Maqnussen 5 2 (İspaniya, 2016) 2 (ABŞ, 2016) 1 (Rusiya, 2017)
8 94 Paskal Verlyayn 4 4 (Monako, 2016)
9 31 Esteban Okon 4 2 (Sinqapur, 2016) 2 (Braziliya, 2016)
10 27 Niko Hülkenberq 4 4 (Çin, 2017)
11 12 Felipe Nasr 4 2 (Avstriya, 2016) 2 (İtaliya, 2016)
12 8 Roman Qrojan 3 3 (Çin, 2017)
13 11 Serxio Peres 3 3 (Sinqapur, 2016)
14 7 Kimi Rəykkönen 2 2 (Avropa, 2016)
15 9 Markus Eriksson 2 2 (Monako, 2016)
16 88 Rio Haryanto 2 2 (Avstriya, 2016)
17 19 Felipe Massa 2 2 (Braziliya, 2016)
18 77 Valtteri Bottas 2 2 (Monako, 2016)
19 44 Lyuis Həmilton 2 2 (Bəhreyn, 2017)
20 33 Maks Ferstappen 1 1 (Meksika, 2016)
21 2 Stoffel Vandorn 1 1 (Rusiya, 2017)
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*