Ferrari Rusiyada yeni mühərriyə keçəcək

Ferrari bu həftəsonu Rusiya yarışına tamamilə yenilənmiş mühərriyini gətirəcək. Beləliklə, Şarl Lekler yarışa ən geridən başlayacaq.

F-1.az xatırladır ki, reqlamentə görə komandalar güc qurğusuna ildə bir dəfə yenilik gətirə bilərlər. İtalyanlar bu yenilikləri Montsaya gətirməyi planlaşdırırdı, amma alınmamışdı. Lakin “qırmızılar” Rusiya Qran Prisindən əvvəl açıqlama yayıblar və bildiriblər ki, Lekler Soçidə yeni güc qurğusuna keçərək, startda yer itirəcək. Karlos Sayns isə yeni motoru bir az da gözləməli olacaq.

Komanda belə açıqlama verib: “Bu yeniliyin əsas məqsədi növbəti mövsüm üçün təcrübə qazanmaqdır. Bunun üçün həm texniki cəhətdən, həm də loqistika cəhtdən çox işlədik. Şarl yeni motoru istifadə edəck ilk pilot olacaq. O, Soçidə tamamilə yenilənmiş güc qurğusuna keçəcək. Buna görə də ən geridən başlayacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*