L.Louson Super Formula-ya gedir

Red Bull-un gənc istedadı Liam Louson gələn il Super Formula seriyasında yarışmağa hazırlanır.

F-1.az almaniya mətuatına istinadən bildirir ki, gənc sürücü gələn il Honda Team Mugen komandası ilə Super Formulada mübarizə aparacaq. Gənc sürücü Yuri Vipsdən sonra Super Formula-ya yollanan ilk Red Bull pilotu olacaq. Bu xəbəri Auto Motor und Sport resursuna Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko verib.

Mugen komandası isə Red Bull-un Super Formula-dakı sürücü proqramını Goh komandasından alacaq.

Qeyd edək ki, daha əvvəl Red Bull sürücü proqramından Super Formula-ya Pyer Qasli, Den Tiktum, Pato O’Vard kimi sürücülər qatılmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*