Liam Louson: “Red Bull-un heyətində keçirdiyim yarışlar mənim üçün Racing Bulls-da çıxış etdiyim halda olacağından bir qədər çətin alınıb və bəlkə də, məni daha həssas vəziyyətə salıb. Sadəcə, bu maşın idarəetmə baxımından kifayət qədər mürəkkəbdir, mən də ona öyrəşməmişəm. Üstəlik, mövsümün bu mərhələsində çıxış etmək onsuz da asan deyil.
Amma ümumilikdə, üç mərhələni yaxşı keçirmişəm. İndi isə Racing Bulls-a qayıtdığıma sevinirəm.
Düşünürəm ki, gələcəyimlə bağlı bütün suallar yaxın yarışlarda həllini tapacaq. Adətən belə qərarlar məhz ilin bu vaxtında verilir. Əlbəttə, bu məsələ artıq pərdəarxasında müzakirə olunur, amma mən şəxsən bu barədə çox düşünməməyə çalışıram. Hazırda sadəcə xal qazandığım bu finişlər seriyasını davam etdirmək istəyirəm”.





