FİA Lousonun maşınında mühərrikin dəyişdirildiyini təsdiqləyib

FİA rəsmən təsdiqləyib ki, 30 nömrəli maşında, yəni Liamın RB22-də güc qurğusunun daxiliyanma mühərrikindən (ICE) başlayaraq bir sıra elementləri dəyişdirilib.

Monzada sıralanma turu ərəfəsində yayımlanan sənəddə bildirilir ki, Red Bull Racing komandasının bu maşınında sayca altıncı daxiliyanma mühərriki ilə yanaşı, turbokompressor, buraxılış sistemi, MGU-K motor-generatoru və güc qurğusunun periferiya elementi də dəyişdirilib.

Təbii ki, bütün bu dəyişikliklər qaçılmaz olaraq cərimə və start yerində itki ilə nəticələnəcək, bununla bağlı yarışın rəhbərliyi daha sonra məlumat verəcək.

, ,