V.Bottas müqavilə yeniləmək istəyir

Mercedes komandasının sürücüsü Valtteri Bottas "gümüş oxlar"la yeni müqavilə bağlamaq üçün səbirsizlənir.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatır. Keçən il pis performans göstərən Bottas bu il 4 yarışdan sonra iki qələbə qazanıb və turnir cədvəlində liderdir.

Valtteri Bottas: “Vaxtı gələndə danışıqlar başlayacaq. Amma hələki müqavilə barədə danışmamışıq. Çünki hələ tezdir. Ümid edirəm ki, danışıqlar yaxşı keçər və tez bir zamanda razılaşarıq. Yaxşı nəticələr özüməinamı artırdı. Deməli düz yoldayam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*