16 Oktyabr 2019, Çərşənbə - 02:29

V.Bottas özünə ləqəb götürüb

V.Bottas özünə ləqəb götürüb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:28 - 16 Yanvar, 2016

Williams komandasının finlandiyalı sürücüsü Valtteri Bottas etiraf edib ki, keçən yay ənənəvi kross-qaçışında iştirak edib – Espoo şəhərində baş tutan 10 km-lik məsafəyə qaçış zamanı Valtteri özünə “Valto Pikkaraynen” ləqəbini götürübmüş…

Adətən, bu kütləvi idman tədbirinə hamı ailəliklə qatılır, ona görə də iyunun 13-də qaçışın startına Valtteri öz adaxlısı, məşhur üzgüçü Emiliya Pikkaraynenlə çıxıb. Finişdə onun nəticəsi elə də pis olmayıb – bütün məsafəyə cütlük 38 dəqiqə 54 saniyə sərf edib.

Və yalnız bu gün Finlandiyada dərc olunan İltalehti qəzetinə müsahibəsində Williams sürücüsü etiraf edib ki, tədbir zamanı “maska”lanıbmış…

Valtteri Bottas: “Bunun bir səbəbi var idi – sadəcə jurnalistlərin diqqətini cəlb etmək istəmirdim. Onlar orda doğrudan da yox idilər! Gələn dəfə adımı da dəyişməli olacam.

Mən, ümumiyyətl, idmanı sevirəm, xüsusilə də qaçışı. Əvvəllər qısa məsafələrə qaçırdım, indi isə triatlona da qatılıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 461
Teqlər , , ,
Paylaş

logo