Stella: Piastrinin təcrübəsizliyi McLaren-in inkişafını ləngitməyəcək

McLaren-in yeni başçısı Andrea Stella komandanın debütantı Oskar Piastrinin təcrübəsinin olmamasının yeni mövsümdə komandanı ləngidən amil olacağına inanmır.

F-1.az-in verdiyi xəbərə görə, Stella əmindir ki, artıq kifayət qədər təcrübəsi olan Lando Norris komandanı arxasına aparacaq və debütant komanda yoldaşına gözəl nümunə olacaq.

Andrea Stella: “Landonun sayəsində davamlılığı qorumağımız vacibdir və o, bizə müqayisə üçün nümunə olmağa davam edəcək. Komanda Lando ilə birlikdə inkişaf etdiyi üçün biz bu nümunəyə yaxşı bələdik. O, texniki anlayış və yarış şücaəti baxımından əla irəliləyiş əldə edib – biz McLaren-də Landonu çox yaxşı tanıyırıq.

Lando Oskar üçün əla nümunə olacaq. Söhbət təkcə nəticələrdən deyil, həm də maşını başa düşməkdən gedir. Bununla belə, biz Oskarın müstəqil inkişaf etməsini istəyirik. O, çox istedadlıdır və biz Daniel Rikkardonun rəylərinə kökləndiyimiz kimi, Oskarın da maşın haqqında fikrinə, rəyinə diqqət yetirəcəyik.

Komanda heç şübhə etmir ki, Oskar öz komanda yoldaşının rəylərinə əsaslanaraq öz yanaşmasını mənimsəyə biləcək qədər istedadlı və ağıllıdır. Odur ki, Oskar təcrübəsinin olmaması səbəbindən komandanın nəyisə itirəcəyindən qorxmuram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*