E.Okon: Karyeramı davam etdirmək şansım tükənmişdi

Alpine komandasının sürücüsü Esteban Okon Mercedes Motorsport-un başçısı Toto Volffa təşəkkürünü bildirib.

F-1.az bildirir ki, Estebanın minnətdarlığının səbəbi Volffun ona inanması və gənc sürücülər proqramına cəlb etməsidir. Onun Formula1-də yarışmasında Mercedes-in danılmaz rolu var – Okon 2016-cı ilin ortasında Manor-da Haryantonu əvəzləmiş, 2017-ci ildə isə  Force İndia-ya (İndiki Aston Martin keçmişdi. Fransalı sürücü 2020-ci ildən Alpine-nin şərəfini qoruyur.

Esteban Okon: “Volff 2014-cü ilin sonunu və 2015-ci ilin əvvəlini əhatə edən dövrdə mənə çox kömək etdi. Əgər o, mənim idman karyerama kömək etməsəydi, hazırda McDonalds restoranlarında hamburger hazırlayırdım. Maliyyə dəstəyi olmasaydı, karyeramı davam etdirmək şansım yox idi”.