21 Avqust 2019, Çərşənbə - 03:37

R.Haryanto 2017-ci ildə Formula1-ə qayıdacağına inanır

R.Haryanto 2017-ci ildə Formula1-ə qayıdacağına inanır

Müəllif: Elçin Zodorov, redaktor

13:04 - 20 Sentyabr, 2016

İndoneziyalı sürücü gələn il peletona qayıtmaq üçün çalışdıqlarını, hər şeyin yaxşı getdiiyni bildirib.

F-1.az xatırladır ki, Rio Haryanto bu mövsüm Manor komandasının tərkibində Formula1-də debüt etmiş, lakin mövsümün sonuna qədər yarışmaq üçün lazım olan pulun hamısını komandaya ödəyə bilmədiyi üçün Belçika Qran Prisindən etibarən onu Esteban Okon əvəzləmişdi.

Rio Haryanto: “Sponsor tapmaq üçün intensiv çalışırıq. Başqa komandalarda yarana biləcək boş yerləri də diqqətimdə saxlayıram. Hər şey qaydasında gedir və çox optimistəm. Önümüzdəki bir neçə həftə ərzində komandaların gələn il sürücü heyətlərini açıqlayacağını düşünürəm. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq.

İlk ilimdə heç də pis yarışmadığımı düşünürəm. Mercedes-in gələcək ulduzu ilə rəqabət apara bilirdim. Qabiliyyətimi göstərə bildiyimə əminəm. Gələn il yenidən sükan arxasına keçmək istəyirəm və ümid edirəm ki, yaxın zamanlarda xoş xəbərlər verə bilərəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 389
Teqlər , ,
Paylaş

logo