E.Okon: “Peresi qabaqladığım üçün xoşbəxtəm”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Britaniyada 8-ci olduğu üçün çox xoşbəxtdir.

F-1.az xatırladır ki, Force İndia komandasının iki sürücüsü Okon və Peres yarış ərzində bir-biri ilə mübarizə aparsalar da, yarışı təmas yaşamadan 8-ci və 9-cu yerdə bitirmişdilər.

Esteban Okon: “Gözəl start aldım. Elə bil bolidin 4 təkəri də çəkirdi. Bir neçə yer qazandım. Amma birinci dövrədən sonra Niko Hülkenberq məni qabaqladı. Daha sonra komanda yoldaşımla sıx mübarizəyə girişdim. Komanda mübarizə aparmağımıza icazə verdi. Kanadada olduğu kimi Serxio sürətli idi və məni təzyiq altında saxlayırdı. Amma mən öndə qala bildim. Hər iki bolidlə də xal almaq həzz verir. Bu il stabil çıxışımız ən güclü tərəfimizdir. Bütün traslarda tempimiz yaxşıdır və xal alırıq. Bu tempi mövsümün ikinci hissəsində də qorumalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*