A.Prost: Peresin şansı yoxdur

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost düşünür ki, Serxio Peresin titul qazanmaq şansı yoxdur.

F-1.az xatırladır ki, meksikalı sürücü hazırda Sürücülər Çempionatında ikinci yerdə olsa da, çempionatın lideri Maks Ferstappenə 53 xal uduzur.

Alen Prost isə düşünür ki, Peres hazırda mümkünsüzü etmək istədiyini deyir: “Bir pilotun vəzifəsi həm maşın sazlanmalarında həm də komandanın simpatiyasında tərəzini öz tərəfinə çəkməkdir. Ancaq Peres bu mövzuda uğursuz oldu. Maks Ferstappenin özgüvənini qırmalı və komandanın fikrini öz tərəfinə çəkməlidir.

Bildiyimiz kimi Peres bu mümkünsüz işdə uğurlu olmağa çalışır. Ancaq hər şeydən əvvəl Maksı məğlub etmək istəyi ilə bağlı fikirlərini açıq şəkildə deməməlidir. Peresin ətrafı ona kömək etmir. Bir ay əvvəl bir yerdə oxudum ki, atası onun Ferstsppenlə mübarizəsini mənimlə Sennanın mübarizəsinə oxşadıb. Belə açıqlamalar mənasızdır və təsiri pis olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*