Macarıstan-2021: Sıralanma turu

Macarsıtan Qran prisi adətən çox isti havada baş tutur. Lakin dünən ikinci məşqlər zamanı asfaltın temperaturu 60 dərəcəni keçdikcə, sürücülər belə şəraitdə işləmədiklərini bildiriblər.

F-1.az xatırladır ki, dünənki ilk məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamını üstələyib. Lyuis Həmilton isə bugünkü sərbəst yürüşlərdə ən sürətli dövrənin sahibi olub.

Hunqarorinqdə ötmələr demək olar ki, mümkün deyil. Strateji gedişlərə də imkan yoxdur və hamı yarışı tək pit-stopla tamamlamağa çalışacaq. Geridə qalan 35 yarışın 16-da məhz poulun sahibi yekunda qələbəyə sevinib.

Bugünkü məşqlərin sonlarında qəza edən Mik Şumaxerin maşınını sıralanma turuna qədər hazır etmək mümkün olmayıb.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Medium və Soft təkərləri arasında fərq gözləniləndən böyük olub.

İlk Sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Maks ilk cəhdində 1:16.214-lük nəticə göstərib. Bəzi sürücülər ikinci cəhdlərindən imtina ediblər, ilk onluğa düşməyənlər isə yenidən trasa qayıdıblar. Sıralanma turuna qoşulmayan Şumaxerdən əlavə, Mazepin, Latifi, Rassell və Tsunoda üçün də mübarizə başa çatıb.

İkinci Sessiyada Red Bull və Mercedes sürücüləri Medium, digərləri isə Soft təkərlərlə trasa çıxıblar. Həmilton daha sürətli olub – 1:16.553. Finişə 6 dəqiqə 40 saniyə qalmış, Saynsın son döngədəki qəzası qırmızı bayraqlara səbəb olub. Karlos maşını bir neçə metr sürüb, lakin ön qanad maşının altına girdiyi üçün dayanmalı olub və mübarizədən çəkilib. Restart 8 dəqiqə sonra verilib.

Bottas ikinci cəhdinə Medium təkərlərlə çıxıb, qalanları isə Soft-lara keçib. Maks yumşaq təkərlərlə 1:15.650-lik nəticə göstərərək sabahkı yarışa Mercedes sürücülərindən fərqli strategiya seçib. Sayns, Covinatsi, Rəykkönen, Stroll və Rikkardo final mərhələyə keçə bilməyiblər.

Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb, Həmilton elə ilk cəhdindəcə möhtəşəm dövrə ilə fərqlənib – 1:15.419. Bottas ikinci, Ferstappen üçüncü nəticə göstərib. Maks ikinci cəhdində daha yaxşı dövrə vursa da, ilk ikiliyə yüksələ bilməyib.

Lyuis Həmilton mövsümdə 3-cü, burada 8-ci, karyerasında isə 101-ci poulunu əldə edib. Valtteri Bottas ikinci olub və nəticədə Mercedes 80-ci dəfə ilk cərgəni zəbt edib. İkinci cərgə Maks Ferstappen və Serxio Peresindir. Onların arxasında isə Pyer Qasli və Lando Norris var.

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:16.424 6 6 1:16.553 6 1:15.419 7
2 77 Valtteri Bottas Mercedes AMG 3 1:16.569 6 8 1:16.702 6 1:15.734 6
3 33 Maks Ferstappen Red Bull 1 1:16.214 3 1 1:15.650 8 1:15.840 6
4 11 Serxio Peres Red Bull 11 1:17.233 5 4 1:16.443 6 1:16.421 5
5 10 Pyer Qasli AlphaTauri 5 1:16.874 3 3 1:16.394 6 1:16.483 6
6 4 Lando Norris McLaren 7 1:17.081 5 2 1:16.385 6 1:16.489 6
7 16 Şarl Lekler Ferrari 8 1:17.084 5 7 1:16.574 6 1:16.496 6
8 31 Esteban Okon Alpine 12 1:17.367 3 9 1:16.766 6 1:16.653 6
9 14 Fernando Alonso Alpine 10 1:17.123 3 5 1:16.541 6 1:16.715 6
10 5 Sebastyan Fettel Aston Martin 9 1:17.105 6 10 1:16.794 6 1:16.750 3
11 3 Daniel Rikkardo McLaren 14 1:17.664 7 11 1:16.871 6
12 18 Ləns Stroll Aston Martin 6 1:17.038 6 12 1:16.893 6
13 7 Kimi Rəykkönen Alfa Romeo 13 1:17.553 9 13 1:17.564 6
14 99 Antonio Covinatsi Alfa Romeo 15 1:17.776 9 14 1:17.583 3
15 55 Karlos Sayns Ferrari 4 1:16.649 3 15 2
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:17.919 8
17 63 Corc Rassell Williams 17 1:17.944 8
18 6 Nikolas Latifi Williams 18 1:18.036 8
19 9 Nikita Mazepin Haas 19 1:18.922 9

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*