21 Yanvar 2019, Bazar ertəsi - 03:44

S.Fettel: “Həmilton öz istedadı hesabına fərq atdı”

S.Fettel: “Həmilton öz istedadı hesabına fərq atdı”

Müəllif: Rauf Hacıyev, redaktor

10:12 - 28 Mart, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes-in sıralanma performansı nəticəyə çox təsir etmir.

F-1.az xatırladır ki, Lyuis Həmilton sıralanma turunda ən yaxın rəqibinə 0.65 saniyə fərq ataraq poul qazanmışdı.

Sebastyan Fettel: “Xüsusi bir şey etmədilər. Rejim keçənilki kimi çox fərq yaratmır. Məncə, sıralanma turunun son sessiyasında rejimi açdılar, amma 0.7 saniyənin səbəbi o deyildi. Onlar 1-ci sessiyada da sürətli idilər. İkinci sessiyada ikinci dövrəsi də güclü idi. Bilmirəm. Amma üçüncü sessiyadakı son cəhdində ən stabil dövrəsini vurdu. İnanmıram ki, fərqin səbəbi mühərrik olsun. Məncə, öz performansı idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər , , ,
Paylaş

logo