F-1.az bildirir ki, Mercedes-in qış testlərindəki uğursuzluqlarına baxmayaraq, Lyuis Həmilton yenə də qələbəyə ən yaxın sürücü hesab edilib. Onun əsas rəqibi kimi, testlərdə ən yaxşı nəticəni göstərmiş Maks Ferstappen göstərilib – ilikinin əmsalları demək olar ki, eynidir. Maraqlıdır ki, onların komanda yoldaşlarının şansları xeyli az qiymətləndirilib…
| Bəhreyn Qran Prisində qələbə | |
| Lyuis Həmilton | 2.62 |
| Maks Ferstappen | 2.75 |
| Valtteri Bottas | 6.00 |
| Serxio Peres | 9.00 |
| Daniel Rikkardo | 29.00 |
| Lando Norris | 41.00 |
| Pyer Qasli, Ləns Stroll | 67.00 |
| Sebastyan Fettel, Şarl Lekler | 81.00 |
Bukmeykerlər bu il Lyuisin 8-ci titulunu rəsmiləşdirəcəyinə daha çox inanırlar. Onun yeganə rəqibi Maks hesab olunur. Vallteri və Serxioya da nəzəri olaraq şans verilib, lakin digər pilotların çempionluq uğrunda mübarizə aparacağına inanmırlar.
| Çempionatda qələbə (sürücülər) | |
| Lyuis Həmilton | 1.44 |
| Maks Ferstappen | 3.75 |
| Valtteri Bottas | 17.00 |
| Serxio Peres | 19.00 |
| Daniel Rikkardo | 29.00 |
Mercedes-in Mühəndislər Kubokunda favorit göstərilməsi ənənəsi dəyişilməyib. Son 7 ilin çempionuna yeganə rəqib Red Bull hesab edilir…
| Çempionatda qələbə (komandalar) | |
| Mercedes AMG | 1.28 |
| Red Bull | 3.50 |
| McLaren | 23.00 |
| Ferrari | 34.00 |
| Aston Martin, Alpine, AlphaTauri | 151.00 |
| Alfa Romeo, Haas | 1001.00 |
| Williams | 1501.00 |






Azərbaycan gələcəkdə Arena Trası tikmək planlaşdırırmı Şuşa Kimi rayonlarınızda tikilsə həmdə gözəl təbliğat olardı
Təəssüf ki, yox ((