M.Ferstappen: Çempion olacam

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull bu il çempionluq uğrunda mübarizə apara bilər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümöncəsi qış testlərində güclü performans göstərmişdi. Lakin koronavirus pandemiyasına görə mövsümün ilk 8 yarışı ya ləğv edilib ya da təxirə salınıb.

Maks Ferstappen: “Red bull-da çox rahatam. Komandada hər kəs uğur qazanmağa fokuslanıb. Burada özümü evimdəki kimi hiss edirəm. Yarışlar və çempionluqlar qazanmaq istəyirik. Bütün komanda uğur qazanmaq üçün əlindən gələni edir. Red Bull onsuz da Dünya Çempionu olub və yenidən zirvəyə qayıda bilər. Honda ilə olna tərəfdaşlığımız cəsarətvericidir. Onlarla sadəcə bir mövsüm keçirsək də, yarışlar qazana bildik. İndi daha yaxşı olacaq. Keçən il heç səhv eləmədik. Əksər hallarda maksimum nəticə qazandıq. Mükəmməl pit-stoplar etdik və komanda körpüsü doğru qərarlar verdi. İndi isə çempion olmaq vaxtıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*