S.Peres: Daha yaxşısı mümkün idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, daha yaxşı nəticə qazana bilərmiş.

F-1.az xatırladır ki, meksikalı sürücü doğma publikası önündə ilk dəfə podiuma yüksəlib və ardıcıl üçüncü dəfə fəxri kürsüyə qalxıb.

Serxio Peres: “İnanılmaz hissdir. Daha yaxşısını istəmişdim. Komandaya dubl gətirmək istəyirdim və yaxın idim. Lakin yenə də yaxşı nəticədir. Ürəklə sürdüm. Azarkeşlərin səsini eşidirdim və bu, inanılmaz idi. Öz publikam önündə podiuma çıxdığım üçün sevincliyəm. Meksikalılar bu gün xoşbəxt idilər və bu, yaxşı nəticədir.

Əlimdən gələni etsəm də, Lyuis səhv eləmədi. Ötmə şansım olmadı. Kiçik şansım olsa, sınayardım. Yarışda ən sürətli biz idik. Bu hal trasdan-trasa dəyişəcək. İşimizə fokuslanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*