Red Bull sürücülərini motor cəzası gözləyir

Komandanın hər iki pilotu mövsümün yarısında çatmağımıza baxmayayaraq, icazə verilən 3 güc qurğusunun ikincisindən artıq istifadə edir.

F-1.az xəbər verir ki, istifadə edilən güc qurğusu hissələri sayında digər sürücülərlə müqayisədə olduqca yaxşı vəziyyətdə olmalarına baxmayaraq, komanda strateji dəyişiklik etməyə qərar verib. Növbəti mərhələlərin birində iki ədəd yeni güc qurğusu götürərək startda yer itirmək cəzası almaq və bununla da mövsümün sonuna qədər kifayət edəcək motora sahib olmaq planlaşdırılır. Komanda bunun ötmələrin asan olduğu Spa və ya Montsa traslarından birində etməyi düşünür.

Helmut Marko: “Bundan sonrakı trasları gözdən keçirsəz, bunu harada etməyi planlaşdırdığımızı özünüz başa düşəcəksiniz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*