S.Abitebul: “Red Bull-un uğurlarında payımız var”

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Red Bull-un uğurlarında payları var.

F-1.az xatırladır ki, Renault və Red Bull 2007-2018-ci illərdə tərəfdaşlıq etmiş və Avstriya təmsilçisi bu dövr ərzində 4 dəfə Mühəndislər, 4 dəfə də Sürücülər Çempionatının qalibi olmuşdular. Amma 2015-ci ildə Renault yaxşı mühərrik düzəldə bilmədiyi üçün tərəflər arasında münasibətlər son həddə çatmış və Red Bull komandasının rəhbərliyi mətbuatda açıq-aydın Renault barədə pis fikir bildirmişdilər. Ədrian Nyui son açıqlamasında bunu fransızların performansını yüksəltmək üçün etdiklərini demişdi.

Siril Abitebul: “Red Bull kommunikasiya cəhətdən güclüdür. Bu, hazırkı dövrdə çox vacibdir. Hazırda son sözü komandalar demir. Mətbuat hadisələrə ciddi yöndə təsir edə bilir. Dünən Maksın bir müsahibəsini oxudum. Mühərrik cəzası almaqdan məmnun olacağını deyib. Təəccüblüdür.

Mühərriyimiz 2014 və 2015-ci illərdə güclü deyildi. Buna görə də Kristiandan incimirəm. Amma o dövrlər münasibətlərin korlanmasının qarşısını alan amillər var idi. Onların ardıcıl çempionluqlar qazanmalarında payımız var idi. Red Bull bu səviyyəyə Renault-nun hesabına gəlib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*