E.Okon: Ən yaxşı mövsümüm idi

Alpine komandasının sürücüsü Estaban Okon ilk dəfə komanda yoldaşını qabaqladığı üçün sevinclidir.

F-1.az xatırladır ki, fransalı sürücü daha əvvəl Peres və Rikkardo ilə komanda yoldaşı olmuş və mövsüm sonunda onların gerisində qalmışdı. Lakin o, bu il Alonsonu 11 xal qabaqlayıb və karyerasında ilk dəfə belə uğur qazanıb.

Esteban Okon: “Fernando ilə işləmək və birlikdə komandanı təkmilləşdirmək gözəl idi. Onunla iki mövsüm keçirdim və xoşbəxtəm. Aston Martin karyerasında onun üçün ən yaxşısını arzulayıram. Ümid edirəm ki, gələcəkdə yenə rəqib olarıq.

Əbu Dabidə mübarizəni dayandıranda narahat oldum. Amma əlimdən heç nə gəlmirdi. Komadanın bu problemi tezliklə həll edəcəyinə inanıram.

Alonsonu qabaqladığım üçün sevinirəm. Fernando çox sürətli sürücüdür. Onu qabaqlamaq məni sevindirdi. Podiuma çıxmasam da, Formula1-dəki ən yaxşı mövsümüm idi. Ümid edirəm ki, gələn il podiuma çıxarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*