L.Norris: Racing Pointlə uşaq da podiuma çıxar

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, hazırda Racing Point və Ferrari-dən zəifdirlər.

F-1.az xatırladır ki, McLaren hazırda 62 xalla turnir cədvəlində dördüncü yerdədir və üçüncü yerdəki Racing Pointdən 1 xal geridə qalır.

Lando Norris: “Mövsüm gözlədiyimizdən yaxşı gedir. Ancaq arxayınlaşmaq olmaz. Rəqiblərimizin səhvlərindən və qəzalarından faydalandıq və onları qabaqladıq. Ferrari və Racing Point bizdən sürətlidir. Xüsusilə Racing Point çox güclüdür. O maşınla podiuma yüksəlmək uşaq oyuncağıdır. Onlar Maksın da işini çətinləşdirməlidirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*