L.Norris: “Fürsətləri dəyərləndirəcəm”

McLaren komandasının sürücüsü Lando Norris sonuncu Sinqapur yarışındakı uğurunu Rusiyada da təkrarlamaq istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Marina Bay trasındakı yarışda 7-ci olaraq, vacib xallar qazanmışdı.

Lando Norris
: “Sinqapurdakı yarış mənimçün yaxşı keçdi və Rusiyada nəticəmi yaxşılaşdırmaq istəyirəm. Orta qrupdakı mübarizə sıxdır və rəqiblərimizi qabaqlamaq üçün fürsətlərdən istifadə etməliyik. Keçən il Soçidə sərbəst yürüşlərdə trasa çıxmışdım və F2-də yarışmışdım. Buraya qayıtmaq gözəl oldu”.

, , ,