Rəsmən: DAMS İvasa ilə yarışmağa davam edəcək

DAMS komandası gələn mövsüm Ayumu İvasa ilə yarışmağa davam edəcək.

F-1.az bildirir ki, yaponiyalı sürücü keçən il Formula2-də debüt etmiş və iki poul, və iki qələbə olmaqla, 4 podium qazanmışdı. Red Bull akademiyasının sürücüsü bu performansına görə daha 1 il DAMS-da çıxış edəcək. Onun komanda yoldaşı isə keçən il Formula3-də yarışmış Artur Lekler olacaq.

Ayumu İvasa: “Debütant mövsümümdən çox razıyam və il ərzindəçox şey öyrəndim və komanda olaraq təkmilləşdik. DAMS ilə daha bir il yarışmaq əladır. Burada özümü evimdəki kimi hiss edirəm. Bir yerdə yaxşı işləyirik. Hamı həmfikirdir. Bu da güclü nəticə almağımıza kömək edir.

Yeni mövsümə tanıdığım mövsümdə girirəm və keçən il yarışdığım və tanıdığım traslara gedəcəm və bu da mənə üstünlük qazandıracaq. Hədəfim gələn il çempionluq uğrunda mübarizə aparmaqdır. Bunu bacara bilərik, ancaq hələ çox irəli baxa bilmərik. İlk yarışlara hazırlanmalıyıq. DAMS-a təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*