İvasa qələbə ilə liderliyi ələ alıb

Bu gün Monakoda gənc sürücülərin Formula 2 çempionatında mövsümün 5-ci mərhələsi çərçivəsində sprint yarış baş tutub.

F-1.az xəbər verir ki, dünən sıralanma turunda 10-cu olmuş Hitech komandasının debütantı Ayzek Həcər reversiv qaydaya görə ilk yerdən yarışa start verib. Doğma və sevimli trasda qələbə qazanmağa çalışan əslən Əlcəzairdən olan fransalı sürücü ilk döngəyə öndə girə bilib.

Red Bull akademiyasının sürücüsünü tələbə yoldaşı Ayumu İvasa və bu akademiyanın məzunu Cehan Daruvala sıx təqib ediblər.

Amma dünən sıralanma turunda qəza edərək qırmızı bayarqlar dalğalandıran Klement Novalak bu dəfə də şikanda qəzaya səbəb olub və Təhlükəsizlik Maşını trasa çıxıb.

TM trası tərk etdikdən sonra Həcər sürətlənə bilməyib, onun maşınında problemlər üzə çıxıb – İvasa liderliyi ələ alıb, Daruvala və Red Bull akademiyasının daha bir tələbəsi Cək Krouford onu təqib etməyə başlayıblar.

Amma Monakoda ötmələr mümkün olmayıb – ilk 8-likdə ötmə olmayb.

Beləliklə, Ayumu İvasa mövsümdə 3-cü qələbəsini qazanmaqla çempionatda liderliyi özünə qaytarıb – yaponiyalı sürücü Teo Purşeri 2 xal qabaqlayır.

Podiumu isə Niderlandın istehsal etdiyi KROON Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Cehan Daruvala və Hitech komandasından Cək Krouford tamamlayıblar.

Sabah əsas yarışla mərhələyə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*