Vesti ardıcıl 2-ci qələbəsini qazanıb

Bu gün Barselonada gənc sürücülərin Formula 2 çempionatında 6-cı mərhələnin sprint (qısa) yarışı baş tutub.

F-1.az xəbər verir ki, F1 sərbəst yürüşlərindən sonra Katalunya trasına yağış yağmağa başlayıb. Ona görə də F2 yarışının startı Təhlükəsizlik Maşınının (TM) arxasında verilib.

Reversiv qaydaya görə pouldan Amori Kordil start alıb və TM trasdan çıxan kimi önü açıq olan Virtuosi komandasının sürücüsü rəqiblərindən uzaqlaşmağa çalışıb, amma sulu trasda bunu edə bilməyib. Frederik Vesti əvvəlcə Cək Kroufordu təmasla qabaqlayıb, növbəti dövrədə isə Kordili də arxada qoyaraq peletondan uzaqlaşmağa başlayıb.

Krouford isə Vesti ilə təmasdan sonra qınmış asılqanla bpksa qayıdıb və kokpiti tərk edib. Bu zaman Viktor Marten də Kordili qabaqlyıb və 3 saniyəlik fərq yaratmış Vestiyə çatmağa çalışıb.

9-cu dövrədə Vestinin üstünlüyü 5 saniyəyə çatıb, öz növbəsində Marten də Kordili 7 saniyə qabaqlyıb. Niderlandın istehsalı olan Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Dennis Hauqer onunla fərqi azaltmağa başlayıb. Arxada isə Teo Purşer Cək Duhənə ardıcıl hücumlar edib və 12-ci döngədə xarici radiusla rəqibini arxada qoya bilib.

12-ci dövrədə Kordil səhvə yol verib və Hauqeri, Purşeri və Duhəni irəli buraxıb.

Tras sürətlə qurumağa başlayıb, ona görə də ikinci onluqda olan bəzi sürücülər quru təkərlərə keçmək qərarına gəliblər. Ona görə də arxada MP MotorSport-un digər sürücüsü Cehan Daruvala böyük templə irəliləməyə başlayıb. Cehan növəti dövrəsində lider Vestidən 10 saniyə sürətli olub və artıq liderlər də pit stop barədə düşünməyə başlayıblar və onların köməyinə Korrea gəlib: amerikalı sürücü də qırmızı təkərlə trasa qayıdıb və soyuq təkərlərlə trasda qala bilməyib, çınqıllığa düşüb, ilişib. Əvvəlcə virtual, daha sonra real TM rejimi elan olunub. Öndəki sürücülər də quru təkərlərə keçdikləri üçün Daruvalanın planı baş tutmayıb.

Finişə 3 dövrə qalmış yarışa restart verilib. Bu zaman Purşer əvvəlcə Hauqeri, ardınca isə komanda yoldaşı marteni qabaqlayıb. Bundan sonra ilk mövqelərdə yerdəyişmə olmayıb.

Prema komandasının sürücüsü Frederik Vesti finişdə birinci olub – Mercedes Akademiyasının sürücüsü Monakodan sonra Barselonanı da fəth edib və çempionatda liderliyini möhkəmlədib. Podiumu isə ART GP komandasının sürücüləri – Teo Purşer və Viktor Marten tamamlayıblar.

Sabah əsas yarışla həftəsonu başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*