Williams A.Linn ilə müqaviləsini uzadıb

Aleks Linn komandaya 2015-ci ilin əvvəlində qoşulmuş, hətta Barselonadakı testlərdə də iştirak etmişdi.

F-1.az Williams-ın rəsmi twitter bloquna istinadən xəbər verir ki, Linn 2016-cı ildə də komandanın təkmilləşdirmə üzrə sürücüsü olacaq. O, həm də GP2-də iştirakını davam etdirəcək.

Aleks Linn: “Williams ilə işləməyə davam edəcəyimə görə çox xoşbəxtəm. Bu, mənə verilmiş böyük dəstəkdir və buna görə onlara minnətdaram. Keçən il komandaya əlimdən gələn köməyi etdim. Bu il daha artığını etmək imkanım olacaq…”

Qeyd edək ki, Aleks GP2 karyerasına keçən il başlayıb. DAMS komandasının tərkibində 22 yarışa çıxan 22 yaşlı britaniyalı 2 qələbə qazanıb, 4 dəfə isə podiuma yüksəlib. Mövsümü 110 xalla 6-cı yerdə tamamlayıb.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*