Ayо Komatsu: “Mən hələlik Oliverin potensialının həddini görmürəm. Düşünmürəm ki, onun hansısa məhdudiyyəti var. Amma indi demək istəmirəm ki, o, mütləq dünya çempionu olacaq, çünki o, hələ bir dəfə də olsun podiuma yüksəlməyib.
Yalnız növbəti səviyyəyə qalxanda, məsələn, rəqabətədavamlı maşın alanda və mütəmadi olaraq podiumlar və ya qələbələr uğrunda mübarizə aparmağa başlayanda başa düşmək olar ki, səndən həqiqətən dünya çempionu çıxacaq, ya yox. Oliver həmin səviyyəyə çatanda əminəm ki, çox yaxşı olacaq”.
Komatsu, həmçinin Börmanın işə yanaşmasını qeyd edib və buna nümunə kimi Mayamidəki uğursuz uik-enddən sonra verdiyi reaksiyanı göstərib. Həmin vaxt komandanın pit-stopdakı səhvi gənc britaniyalı sürücünün yarışını daha da çətinləşdirmişdi, lakin o, emosiyalarına hakim ola bilməmək əvəzinə, Haas əməkdaşlarına dəstək olmağa çalışmışdı.
“Onun xarakterindən danışsaq, nəsə yolunda getməyəndə o, sadəcə əsəbiləşmir, – deyə Ayо Komatsu davam edib. – 21 yaşlı bir oğlan üçün, baxmayaraq ki, o artıq yetkindir, amma yenə də komandanın ən gənc üzvlərindən biridir, bu, təsiredicidir.
Mayamidə onun inanılmaz dərəcədə çətin yarışı oldu və bu, onun günahı deyildi. O, əlindən gələni etdi, amma biz pit-stopda səhvə yol verdik, buna görə o, çox çətin vəziyyətdə qaldı və artıq heç nəyi dəyişə bilməzdi.
Oliver həmin anda dərhal kökləndi və düşündü: “Komandaya necə dəstək ola və onu necə motivasiya edə bilərəm?” Düşünürəm ki, bu, onun vəziyyəti əla başa düşdüyünü və inanılmaz yetkinliyini göstərir”.





