Ayо Komatsu: “Biz heç yana tələsmirik. Hazırda bütün diqqətimiz iki sürücümüzə – Oliverə və Estebana yönəlib. Onların qarşısında asan olmayan vəzifə dayanır, amma nəyə qadir olduqlarını bilirik.
Oliver bunu artıq dəfələrlə sübut edib, Estebanda maşının davranışı onu qane edərsə, çox şeyə qadirdir.
Hazırda diqqətimizi onlara mümkün qədər rəqabətədavamlı maşın verməyə, düzgün sazlamaları seçməyə və hər birinə öz potensialını açmağa kömək etməyə yönəltməliyik. Hər iki sürücü tam şəkildə öz işinə köklənib”.





