E.Okon: Alonsodan qorxmuram

Renault komandasının sürücüsü Esteban Okon bildirib ki, Fernando Alonsodan qorxmur.

F-1.az xatırladır ki, ispaniyalı ikiqat Dünya Çempionu gələn il Renault ilə idmana qayıdacaq. Alonso buna qədər əksər komanda yoldaşlarını məğlub edib və 2018-ci ildə Stoffel Vandornu sıralanma turunda 21-0 məğlub edib.

Esteban Okon: “Mən Vandorn deyiləm. O vaxt orada nə baş verdiyini bilmirəm. Fernando ikiqat Dünya Çempionudur və çox istedadlıdır. Onu məğlub etmək çətin olacaq, lakin mən əlimdən gələni edəcəm. Ondan qorxmuram. Qorxsaydım, burada yarışmazdım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*