Ayo Komatsu: “Mən həmişə demişəm ki, sürücüləri nəticələrinə əsasən seçirik. Yəni sürət, sözsüz ki, əsas prioritetdir. Əgər iki sürücünün göstəriciləri təxminən eynidirsə, onda əlaqələr və ya sponsor dəstəyi əhəmiyyət kəsb edir.
Ancaq sürətdə 0.3 saniyə geri qalan sürücünü heç vaxt heyətə götürmərik, hətta onun Toyota, Ferrari ilə əlaqələri və ya əlavə 5 milyon dolları olsa belə. Biz belə etmirik. Bizim üçün əsas olan nəticələrdir”.
Heyətlə bağlı açıqlamanın nə vaxt veriləcəyinə dair sualı cavablandıran Komatsu bildirib: “Bilmirəm. Gələn həftə dəqiq olmayacaq.
Komanda əlverişli vəziyyətdədir, çünki bir çox sürücü maşınımızın sükanı arxasında yer almaqda maraqlıdır. Söhbət beş namizəddən gedir”.





