Ayo Komatsu: “Biz çoxlu potensial sponsorla danışıqlar aparırıq. Proses düzgün istiqamətdə gedir. Deyərdim ki, gələn ilin büdcəsi nikbinlik yaradır. Bu bizə çox kömək edir. Tədricən və inamla öz hekayəmizi danışırıq və möhtəşəm insanlarla tanış oluruq. Ona görə də, bəli, hələlik hər şey yaxşıdır.
BWT ilə müqavilə barədə şayiələr? Söhbət bundan gedirsə, bizim maşın çəhrayı olmayacaq!
Sürücü seçimində pul gətirə bilənlərə üstünlük verməyəcəyik. Əgər ödənişsiz və ödənişli sürücü arasında fərq, məsələn, saniyənin onda biri və ya daha az olsa, tərəfdaşlıq paketi, əlbəttə ki, öz rolunu oynayacaq. Amma düşünmürəm ki, belə vəziyyət yaransın. Ümid edirəm ki, sürücüləri nəticələrinə görə seçə biləcəyik. Testlər hazırda davam edir.
Bizə iki sürətli pilot lazımdır – komandanı inkişaf etdirməyin ən yaxşı yolu budur. Kim daha sürətlidirsə, bizə daha çox uyğun gəlir.
Komandada 400 əməkdaş çalışır. Onlar əmin olmalıdırlar ki, bizim sürücülər maşının potensialını 100 faiz reallaşdırmağa qadirdirlər. Mən həmişə demişəm ki, pilotları sürətlərinə əsasən seçirik. Bundan sonra da belə olacaq”.





