A.Komatsu: Yarış tempimiz yox idi

Haas komandası mövsümün ilk altı yarışında 8 xal qazanıb və Mühəndislər Kubokunda yeddinci yerdədir.

F-1.az xəbər verir ki, İspaniya Qran Prisi ərəfəsində Haas-ın baş yarış mühəndisi komandanın hazırkı formasını qiymətləndirib.

Ayo Komatsu: “Nəzərə alsaq ki, bizyeni maşınlara keçiddən sonra yalnız ikinci mövsümdəyik, yaşamaq haqqında düşünmək məcburiyyətində deyilik, yaxşı gedirik. Düşünürəm ki, maşın yaxşı əsas xüsusiyyətlərə malikdir. Əslində, nəticələr gözləntilərimizi bir qədər də üstələyir, bu müsbət haldır, lakin bizdə müxtəlif traslarda və yarış templərində sabitlik yoxdur.

Biz bunun üzərində işləyirik, komandanın müxtəlif departamentlərinin qarşılıqlı fəaliyyəti artıq daha səmərəli olub – bu, çox müsbət haldır. Potensialımız var, ancaq yarışın məsafəsində daha da sürətlənmək qalır”.

Xatırladaq ki, son yarış olan Monako Qran Prisində komandanın sürücüləri xal qazana bilməyiblər – Niko Hülkenberq 17-ci olub, Kevin Maqnussen isə sonlara yaxın yarışdan çəkilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*