Avstriyada qazanılan podiumlar xüsusidir

Son yarışda qazanılan podiumlar statistik baxımdan hər sürücü üçün daha dəyərlidir.

F-1.az xəbər verir ki, Valtteri Bottas 61-ci podiumunu qazanmaqla Nelson Pikeni keçib və F1 tarixində bu göstərici üzrə ilk onluğu tamamlayıb – finlandiyalı sürücünün mövsümün sonuna qədər Devid Kulthard və Rubens Barrikellonu da qabaqlamaq imkanı var.

Hazırda pelotonda olan sürücülərin statistikasına baxdıqda Bottas 5-ci, Maks Ferstappen isə 50-ci podiumu ilə 6-cıdır. Bir daha qeyd edək ki, Maks 50 podiuma sahib olan ən gənc sürücüdür.

Lando Norris 4-cü podiumu ilə hazırkı sürücülər arasında 10-luğu tamamlayır və 3 podiumu olan Stroll, Sayns, Qaslini, eləcə də bir podiumu olan Okonu qabaqlayır.

Mövsümün statistikasına Maks Ferstappen başçılıq edir – niderlandlı sürücü finiş gördüyü 8 yarışın hamısını podiumda başa vurub…
Valtteri Bottas 61-ci podiumunu qazanmaqla Nelson Pikeni keçib və F1 tarixində bu göstərici üzrə ilk onluğu tamamlayıb – finlandiyalı sürücünün mövsümün sonuna qədər Devid Kulthard və Rubens Barrikellonu da qabaqlamaq imkanı var.

Hazırda pelotonda olan sürücülərin statistikasına baxdıqda Bottas 5-ci, Maks Ferstappen isə 50-ci podiumu ilə 6-cıdır. Bir daha qeyd edək ki, Maks 50 podiuma sahib olan ən gənc sürücüdür.

Lando Norris 4-cü podiumu ilə hazırkı sürücülər arasında 10-luğu tamamlayır və 3 podiumu olan Stroll, Sayns, Qaslini, eləcə də bir podiumu olan Okonu qabaqlayır.

Mövsümün statistikasına Maks Ferstappen başçılıq edir – niderlandlı sürücü finiş gördüyü 8 yarışın hamısını podiumda başa vurub…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*