M.Ferstappen: Həmiltona çatmaq mümkünsüzdür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmiltonu məğlub edəcək templəri olmayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndə ikinci olaraq, bu trasdakı ilk podiumunu və ən yaxşı nəticəsini əldə edib.

Maks Ferstappen: “Bir az yavaş idik. Ona çatmağa və fərqi az tutmağa çalışdım. Strategiya cəhətdən də aqressiv deyildik və pitdə gecikdik. Buna baxmayaraq, ikincilik yaxşı nəticədir.

Roman Qrojanın qəzası qorxulu idi. Startdan sonra qırmızı bayraq gördük. Bu, pis hadisənin xəbərçisi deyil. Amma sonra alov gördüm və vəziyyət ağır görünürdü. Yaxşı ki, heç nə olmadı. Ümid edirəm ki, tez sağalar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*