Andrea Stella: “Düşünürəm ki, sıralanma turu çox yaxşı keçdi, çünki onun nəticələrini müəyyən tendensiyanın təsdiqi də saymaq olar – axı Macarıstanda da poul qazanmışdıq. Görürük ki, bizim maşın yüksək asfaltayatma qüvvəsi tələb edən traslarda, üzərində təzə Soft təkər dəsti olanda və təkərlər yaxşı ilişmə təmin edəndə yaxşı işləyir.
Bununla yanaşı, etiraf etməliyik ki, bugünkü sprintin göstərdiyi kimi, sabahkı yarışda yüksək nəticəyə iddia etmək istəyiriksə, maşının işlənmiş təkərlərdə davranışını yaxşılaşdırmağa və deqradasiya səviyyəsini azaltmağa çalışmalıyıq.
Oskar Piastriyə gəlincə, o da bu həftəsonu çox yaxşı pilotaj nümayiş etdirir – Landoya cəmi 0.1 saniyə uduzur, amma bu fərq yalnız bir neçə döngədə yaranıb. O, çox diqqətli işləyir və Macarıstanla müqayisədə maşından açıq şəkildə daha razıdır.
Sözsüz ki, sabahkı yarışa ikiqat podium hədəfi ilə hazırlaşırıq. Düşünürəm ki, Oskarın tempi qaydasındadır, baxmayaraq ki, sprintdən sonra məndən kimin hamıdan sürətli olduğunu soruşsaydınız, Rassell və Lekleri deyərdim, o da Corca çox az uduzdu.
Açığı, düşünürəm ki, Formula1 getdikcə daha maraqlı olur və yarışlar çox cəlbedici ssenari üzrə keçir, çünki mübarizə daha da kəskinləşir. Gördüyümüz kimi, hansısa gözlənilməz ötmələr tamamilə mümkündür və hesab edirəm ki, sabah da bunsuz keçməyəcək”.





