A.Stella: Ferrari güclü olacaq

McLaren komandasının rəhbəri Andrea Stella Maranellodakı resurslarına istinadən bildirir ki, Ferrari bu il güclü olacaq.

F-1.az xatırladır ki, Ferrari keçən ilə güclü başlasa da, sonradan yarış tempində geriyə düşmüş və mövsümü ikinci yerdə bitirmişdi.

Andrea Stella: “Ferrari yeni boliddən razıdır. Buna görə də bu mövsümə güclü başlayacaqlar. Gələn il də Ferrari, Red Bull və Mercedes ən güclü komandalar olacaqlar”.

,