Stella: Bəzi aspektlərdə biz artıq liderlər səviyyəsindəyik

McLaren-in nəticələri 2021-ci illə müqayisədə keçən il aşağı olub, lakin yeni komanda rəhbəri Andrea Stella qarşıdan gələn mövsümlə bağlı nikbindir.

F-1.az xəbər verir ki, italyan mütəxəssisin sözlərinə görə, McLaren-də iş artıq çempionatın üç aparıcı komandası ilə eyni səviyyədə qurulub.

Andrea Stella: “Bəzi aspektlərdə biz artıq liderlərlə eyni səviyyəyə çatmışıq. Buna misal olaraq pit-stopları göstərmək olar. Biz onları çox tez keçiririk və bəzi parametrlərə görə, McLaren pit-stopların sürətinə görə ikinci və ya üçüncüdür. Bu aspektdə ən yaxşı olmaq üçün bizə daha bir il koordinasiyalı iş lazımdır.

McLaren-in kifayət qədər rəqabətli olduğu başqa sahələr də var. Nümunə olaraq yarış strategiyamızı göstərə bilərəm. Bununla belə, təkmilləşdirmək istədiyimiz sahələr var. Məsələn, 2022-ci ildə bəzi əməliyyat işlərində daha yaxşısını edə bilərdik.

Hələ çalışmalıyıq, amma görüləsi işlərin çox olduğunu deyə bilmərəm. Biz optimistik və tədricən irəliləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*