Formula1-in sabiq rəhbəri Berni Ekklstoun ikiqat dünya çempionunun çox səhv etdiyini düşünür.
F-1.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Formula1-dən ayrılır. Alonso ən yaxşı sürücülərdən sayılsa da, cəmi iki dəfə çempion ola bilib.
Berni Ekklstoun: “Fernando ən güclü sürücülərdən biri olsa da, səhv qərarlar verdi. Trasdan kənarda ən yaxşı sürücü deyildi. Stirlinq Moss da ən güclü sürücülərdən biri idi, amma çempion ola bilmədi”.