B.Ekklstoun: Həmilton Ferrari-yə getməməlidir

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Həmilton başqa komandaya keçməməlidir.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq və altıqat Dünya Çempionunun adı tez-tez Ferrari ilə hallanır.

Berni Ekklstoun: “Lyuisin yerində olsaydım, Mercedes-də qalardım. Komandada çox rahatdır. Toto Volff ona dəstək verir. Lyuis Ferrari-də uğur qazana bilməz. Onlar italyandırlar. Onlarla anlaşmaq və arxası ilə nə danışdıqları başa düşmək üçün italyanca öyrənməlidir. İtalyanların əsas problemi budur: Onlar problem istəmirlər. Pis iş görən adama “işini düz-əməlli gör, yoxsa səni qovaram” demirlər, “gəl bir yerdə şam edək və dost olaq” deyirlər.

Özü də mən komanda rəhbəri olsam, Ferstappeni gətirərdim. Həm sürətlidir, həm də yola getmək olur. Lyuis mənim komandamda olsaydı, ona yalnız “yarışlara vaxtında gəl” deyərdim. Daha sonra nə istəsə, edə bilər. Maaşını azaldıb sponsorları ilə işləməsinə icazə verərdim. Mercedes onu nəzarətdə saxlayır, ancaq mən onu sərbəst buraxardım.

Lyuis çox yaxşı pilotdur. Məncə, ən yaxşı 4-5 pilotdan biridir. Amma tarixin ən yaxşısı olduğunu demək çətindir. Məncə, ən güclü sürücü Prost olub. Nelson Pike də yaxşı idi. Onlardan başqa Stirlinq Moss və Xuan Manuel Fanxio var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*