20 Sentyabr 2019, Cümə - 01:48

P.Simonds yeni iş tapıb

P.Simonds yeni iş tapıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:26 - 03 Mart, 2017

Williams komandasının sabiq texniki direktoru Simonds artıq Sky Sports kanalında şərhçi və təhlilçi olacaq.

F-1.az xatırladır ki, Simonds keçən ilin sonunda Williams komandasından ayrılıb və onu Pəddi Lou əvəz edib. Simonds təkliflər aldığını demiş və bunları fevraldan sonra dəyərləndirəcəyini bildirmişdi.

Sky Sports-un rəhbəri Martin Törner bu barədə belə danışıb: “Simonds Avstraliyadan etibarən əksər yarışlarda şərhçilik edəcək. Pət komandamıza yaxşı qoşuldu. Kanalın Formula1 sahəsində təcrübə qazanmasına kömək edəcək. Onun təcrübəsi, istəyi və mütəxəssisliyi təhlillərimizi daha keyfiyyətli edəcək. Yeni bolidləri anlamaq üçün komandamıza kömək edəcək. Formula1-in hazırkı dövrünü heç kəs ondan yaxşı izah edə bilməz”.

Pət Simonds: “Həmişə Sky-ın Formula1-ə yanaşmasını bəyənmişəm. Bu cür müəmmalı mövsümdən əvvəl kanala gəlmək həyəcanlandırır. Bütün yayımların Ultra HD formatında göstərilməsi isə çox gözəl haldır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 948
Teqlər , , ,
Paylaş

logo