Rəsmən: Williams Tiktamla yollarını ayırıb

Williams komandası developer sürücüsü Den Tiktum ilə yollarını ayırıb.

F-1.az xatırladır ki, Den Tiktum daha əvvəl Red Bull Sürücü Akademiyasından qovulmuş və Williams-a keçmişdi. Britaniyalı pilotun komanda ilə ilin sonuna kimi müqaviləsi var idi. Makau yarışının ikiqat qalibi simulyatorda işləyərək, bolidin inkişafına kömək edirdi. Gənc pilot həm də Formula2-də yarışır və hazırda lider Oskar Piastridən 19 xal geridə qalaraq, 4-cü yerdə qərarlaşıb.

Lakin Williams komandası onunla yollarını ayırıb. Komandadan verilən məlumata görə gənc sürücü artıq akademiyadan çıxarılıb. Bundan sonra Tiktum İnstaqram hesabı vasitəsilə açqılama verib və bildirib ki, 2022-ci ildə Williams-ın sürücü seçimi arasında olmadığı üçün oradan ayrılır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*