V.Bottas: “Keçənilki problemlərin öhdəsindən gəlmişik”

Williams komandasının sürücüsü Valtteri Bottas düşünür ki, komandası keçənilki problemlərin öhdəsindən gəlib...

F-1.az xatırladır ki, Vallteri Bottas qış testlərinin ilk günündə 80 dövrə vurub və dördüncü yeri tutub.

Valtteri Bottas testlərin ilk günü və yeni FW38 barədə təəssüratlarını bildirib: “Sükanın arxasına qayıtmaq gözəldir. Komandanın inkişaf etdiyini hiss edirəm, amma nəsə demək üçün hələ çox tezdir.

Yeni bolidin aerodinamik yenilikləri üzərində işlədik. Çoxlu yoxlamalar etdik. Hər şey yaxşı oldu. Ümid edirik ki, sabah da (bu gün) hər şey qaydasında olar.

Yeni bolid barədə təəssüratlarım odur ki, keçənilki problemlərin çoxunun öhdəsindən gəlmişik. Rəqiblərimizlə müqayisədə nə vəziyyətdə olduğumuzu demək hələ çox tezdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*