V.Bottas: “Qələbəni belə əldən vermək…”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Fetteli keçə bilmədiyi üçün çox məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 3-cü yerdən başlasa da, gözəl startla Rəykköneni geridə qoyub 2-ci yerə yüksələ bilib. 28 yaşlı sürücü yarışın sonunda təkərləri yeyilən Fettelin DRS zonasına daxil olsa da, ötmə cəhdləri uğursuz olub və ikinciliklə barışıb.

Valtteri Bottas: “Medium təkərdə olduğum üçün sonda problem yaşayacaqlarını bilirdim. Bütün döngələri qüsursuz keçməyə çalışdım, amma bəs eləmədi. Sebastyan da ərimiş təkərlərlə var qüvvəsi ilə sürürdü. Səhv eləmədi və işimi çətinləşdirdi. Belə kiçik fərqlə ikinci olmaq məyus etdi. Amma artıq nəticəni dəyişmək mümkünsüzdür. Növbəti yarışda onu keçməyə çalışacağıq. Medium təkərlə tempimiz yaxşı idi və növbəti yarışlar üçün ümidliyik. Son dövrələrdə ancaq Sebastyanın arxa qanadını görürdüm. Bilirdim ki, hücum etməyə şansım olacaq. Şansım oldu, amma yaxşı hücum edə bilmədim və ikinciliklə barışmalı oldum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*