19 Oktyabr 2019, Şənbə - 01:05

Williams mövsümiçi testlər üçün sürücü heyətini açıqlayıb

Williams mövsümiçi testlər üçün sürücü heyətini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

13:42 - 07 May, 2016

Williams komandasının verdiyi açıqlamaya əsasən İspaniyadakı mövsümiçi testlərdə Aleks Lin və Felipe Massa iştirak edəcəklər…

F-1.az xatırladır ki, Aleks Lin keçən ilin əvvəlində Williams-ın test sürücüsü olub.

Aleks Lin 2014-cü ildə GP3 seriyasında Dünya Çempionu titulunu qazanıb və hazırda GP2 seriyasında çıxış edir. Britaniyalı sürücü bəzən Williams komandası ilə testlərdə də iştirak edirdi.

Williams komanda Barselonada keçiriləcək mövsümiçi testlərin qrafikini də açıqlayıb. Testlərin ilk günündə Aleks Lin, ikinci günündə isə Felipe Massa sükan arxasına keçəcəklər.

Qeyd edək ki, Williams komandası test heyətini açıqlamamışdan əvvəl əsas sürücüləri ilə danışıqlar aparıb və qərara alınıb ki, Felipe Massa İspaniya, Valtteri Bottas isə İngiltərə testlərində trasa çıxsın…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 374
Teqlər , , ,
Paylaş

logo