F.Alonso: “Sürətli dövrə bizim üçün bonus idi”

McLaren komandasının sürücüsü Fernando Alonso atdığı sürətli dövrənin böyük bir mükafat olduğunu bildirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 7-ci yerdən başlasa da, startda Saynsı önə buraxıb. Lakin Alonso növbəti dövrələrdə yerlisi ilə fərqi bağlayıb və pit-stopdan sonra mükəmməl hücumla onu geridə qoyub. Bir gün əvvəl 36 yaşını qeyd edən ikiqat Dünya Çempionu sürətli dövrələrin sayında Xuan Manuel Fanxio və Nelson Pikeyə çatıb.

Fernando Alonso: “Ən sürətli dövrə məni təəccübləndirdi. Yeddinci və ya səkkizinci yerə ümid edirdik, amma altıncı olduq. Bu gözəl sondur. Rəqabətədavamlı ola biləcəyimiz 3 və ya 4 yarış var. Bu yarışlarda əlimizdən gələni edərək, performansımızı yüksək səviyyəyə çıxartmalıyıq. Bu potensialdan istifadə etməliyik. Altıncı yer bizim üçün ən gözəl nəticə idi. Ən sürətli dövrə isə bizim üçün hədiyyə idi və mən də bunu qəbul etdim.

Karlos Saynsa çox yaxın idim. Pitdən sonra onu qabaqlamaq üçün iki dövrəm olduğunu bilirdim. Kamikadze kimi davranmalı idim və elə də etdim. Karlos əla performans göstərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*