F.Alonso: “Həyat bizi dəyişdirir”

Fernando Alonso inanır ki, 2017-ci ildə qayda dəyişiklikləri onu mübarizənin içində saxlayacaq və ona üçüncü çempionluğu qazandıracaq...

F-1.az xatırladır ki, Fernando Alonso son iki mövsümdə McLaren Honda komandasının bolidi zəif olduğu üçün podiuma belə yüksələ bilməyib. İspaniyalı sonuncu dəfə podiuma 2014-cü ildə yüksəlib və son qələbəsini 2013-cü ildə qazanıb.

Fernando Alonso: “Üçüncü çempionluq qəti hədəfimizdir və biz də bunun üçün əlimizdən gələni edəcəyik.

Builki yeni qaydalarla həyəcanımızı yenidən qazanacağıq və bolidlər həm cəlbedici, həm də sürətli olacaq. Fernando hələ də çempion olmaq istəyir”.

Fernando Alonso hazırkı bolidləri sürməyin həyəcansız olduğunu və 15 il əvvəlki yarışlardan əsər-əlamət qalmadığını deyərək, 2017-ci il bolidlərinin sürmə çətinliyinin idman üçün önəmli olacağını əlavə edib: “Hər mövzuda dəyişirsən. Təkcə sürücü kimi yox. 19 yaşlı uşaq ilə 35 yaşlı adam çox fərqlidirlər. Bu hər cür münasibət – ailə, dostlar, mətbuat, mətbuata yanaşma və işləmə prinsipi üçün keçərlidir.

Hər şey dəyişir. Siz dəyişmək istədiyiniz üçün yox, həyat sizi dəyişdiryi üçün… Bundan qaça bilməzsiniz. Peter Penin hekayəsindəki kimi yaşlanmaq sadəcə bir nağıldan ibarətdir.

Burada uğur qazanmaq istəyi mənə həzz verir. Digər 21 nəfərlə yarışıb, Dünyanın ən yaxşısı olmaq üçün buradasınız. Podiumda olmaq, qələbə qazanmaq və çempion olmaq həzz mənbəyidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*