F.Alonso seriyasını davam etdirməyi hədəfləyir

Alpine komandasının sürücüsü Fernando Alonso uğurlu seriyasını Montsada davam etdirmək istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son 10 yarışı xalla bitirib. İkiqat Dünya Çempionu bu həftə 350-ci yarışına çıxacaq.

Fernando Alonso: “Montsa Formula1 tarixinin ən qədim traslarındandır. Zandfortdakı gözəl atmosferdən Montsadakı emosional azarkeşlərə keçid edəcəyik. Keçmişdə Ferrari-də yarışmışam deyə İtaliyada məni yaxşı qarşılayırlar. Montsada iki dəfə qazanmışam və bir neçə podiumum var.

Tras ötmə üçün əlverişlidir. Buna görə də bizi bolmübarizəki yarış gözləyir. Bu həftəsonu üçyarışlıq seriya sona çatacaq. Avropa yarışlarını major notlarla bitirmək istəyirəm.

Bu bazar günü Kimi ilə yarış sayımı bərabərləşdirəcəm. Bu, böyük uğurdur. Ancaq rekordlar barədə barədə düşünməyib yarışa fokuslanacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*