F.Alonso: Faktlar başqa şey deyir

İkiqat dünya çempionu karyerası boyu seçimləri ilə bağlı olan tənqidlərə cavab verib.

F-1.az bildirir ki, ispan sürücü hər nə qədər tras üzərində üstün olsa da, onun komanda seçimləri həmişə müzakirə mövzusu olub.

Fernando Alonso: “Deyərdim ki, Formula1-də iştirak etdiyim 20 il ərzində McLaren Honda-da rəqabətədavamlı olmayan dörd məyusedici mövsüm keçirdim. Qalan 16 ildə podiumlar və qələbələr üçün mübarizə apardım və bu vacibdir. Bəzən mənə elə gəlir ki, insanlar karyeramda atdığım addımlara məyus olurlar. Amma faktlar bunun əksini deyir, mən bunun hamıya aydın olmasını istərdim”.

Xatırladaq ki, bu yaxında Eddi Cordan da Alonsonun karyerasında 8 titul qazana biləcək imkanlar əldə edə biləcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*