M.Həkkinen: “Dennis yaxşı rəhbər idi”

McLaren komandasının sabiq sürücüsü Mika Həkkinen hesab edir ki, Ron Dennis yaxşı idarəçidir.

F-1.az xatırladır ki, McLaren komandasının əfsanəvi rəhbəri Ron Dennis idarə heyətinin tələblərinə görə McLaren-dəki bütün vəzifələrindən ayrılıb.

1993-2001-ci illərdə McLaren-də Ron Dennislə işləmiş Mika Həkkinen britaniyalının idman üçün vacib adam olduğunu deyib: “Ron ilə işləmək çətin deyildi. Onunla yaxşı vaxt keçirtdim və əgər o olmasaydı, iki dəfə Dünya Çempionu ola bilməzdim. O, sürücülər üçün çətin lider idi. Həm mən, həm də komanda yoldaşlarım çox işləməli idilər. Ron işləri yaxşı təşkil edərdi. Məncə, o mükəmməl lider idi. Amma nəsillər dəyişir. Müasir dövrdə insanlar fərqli düşünürlər”.

Ron Dennisin əvəzinə Zek Braun namizəd göstərilir. Martin Uitmarş, Yos Kapito və Erik Bulye də namizədlər arasındadırlar.

Mika Həkkinen: “Zeki şəxsən tanıyıram və o mükəmməl adamdır. O, sizə uğur qazandıracaq centlmendir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*